BAKI, 25 mart. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana işgüzar səfərinin tarixi açıqlanıb.
Teleqraf xəbər verir ki, Türkiyə lideri mayın 14-də Qazaxıstana səfər edəcək.
R.T.Ərdoğan səfər çərçivəsində Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası və Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi zirvəsində iştirak edəcək.