EN

Trampın 15 maddəlik SÜLH PLANI Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

İrana qarşı müharibənin davam etdiyi bir ərəfədə, ABŞ-ın Tehrana sülh planı ünvanlayıb.Məlumata görə, Vaşinqton İran hakimiyyətinə 15 maddəlik sülh planı göndərib. Sənəd Tehrana Pakistan vasitəsilə təqdim edilib.

 

15 maddəlik plana İrana qarşı bütün sanksiyaların ləğvi, sanksiyaların yenidən tətbiqinin aradan qaldırılması, ABŞ-ın İranın mülki nüvə layihəsinin inkişafına yardım göstərməsi, İranın nüvə proqramının müəyyən çərçivədə dondurulması, onun yalnız mülki və müdafiə məqsədləri ilə məhdudlaşdırılması, mövcud nüvə imkanlarının inkişafının dayandırılması kimi məqamlar da daxildir.

Bundan başqa, sənədə əsasən, tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmaları əldə olunmalıdır.Sözügedən plan üzrə Yaxın Şərqdə sülhün əldə olunması mümkündürmü?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bu cür planla sülhün əldə edilməsini mümkünsüz hesab edir:“Amerikanın 15 maddəlik sülh planı faktiki olaraq İranın bir dövlər olaraq təkzib olunması deməkdir. Burada İranın əslində diz çökməsi, Fələstini müdafiə etməməsi təklif olunur. Belə təkliflər adətən düşməni əzəndə, məğlub edəndə mümkün olar. İran isə gördüyünüz kimi, təslim olmayıb. Bu mənada da həmin sülh planı boş söhbətdir”.Siyasi şərhçi Abutalıb Səmədov isə sözügedən planın sülhə gətirib çıxaracağını istisna etmir:“Prezident Tramp sülh danışıqlarının başlandığını və İranın artıq ABŞ-ın əsas tələblərini qəbul etdiyini bəyan edir. Ancaq danışıqların kiminlə aparıldığını bəyan etməyib. Bununla belə, danışıqların getdiyi barədə Trampın söylədiyi yəqin ki, həqiqətə uyğundur. Tehranın Vaşinqtonun əsas tələblərini qəbul etdiyi barədə deyilənlər isə yəqin ki, şişirdilib”.Ekspert qeyd edib ki, nüvə proqramı məsələsi həddən artıq ağır məsələdir və İranın bunu qəbul etməsi o qədər də asan deyil:“Ancaq hər iki tərəf yorulub, onlar müharibədən çıxmağa çalışır. Trampın nüfuzu da xeyli düşüb. Bu da onu qorxudur. İran da iqtisadi və hərbi baxımdan ciddi zərbələr alıb. Ancaq eyni zamanda, hər iki tərəf özünü qalib kimi göstərmək istəyir. Ona görə də razılaşma elə olmalıdır ki, burada hər iki tərəfin özünü qalib görməsi mümkün olsun. Bu mənada 15 maddəlik planın Yaxın Şərqdə sülhə gətirib çıxaracağına ümid yüksək olmasa da, müəyyən dərəcədə ehtimallar var”.Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
bizim.media

2Sources