EN

"Qalatasaray" və "Beşiktaş" klublarının keçmiş prezidentləri və digər bir sıra məhşurlar saxlanılıb



Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarının keçmiş prezidentləri Fikret Orman və Burak Elmas narkotik vasitələrlə bağlı istintaq çərçivəsində saxlanılıblar. Bu barədə "Haber Global" məlumat yayıb. Qeyd edilib ki, onlar İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində şəhərin Polis İdarəsinin Narkotik Cinayətlər Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Əməliyyat tədbirlərinin genişmiqyaslı olduğu bildirilir. Bundan başqa, Türkiyənin məşhur simaları İstanbul Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində "şəxsi istifadə üçün narkotik maddələrin saxlanması" və "narkotik maddələrin istifadəsinə kömək etmək" cinayətlərinə görə saxlanılıblar. Qeyd olunub ki, saxlanılanlar arasında Türkiyənin məşhur simaları - aktrisa Hande Erçel, modellər Güzide Duran və Didem Soydan, Kerim Sabancı və Hakan Sabancı da var. "Haber Global" saxlanılan məşhurların tam siyahısını təqdim edib: 1. Fikret Orman; 2. Güzde Aksoy (Güzide Duran); 3. Hakan Sabancı; 4. Kerim Sabancı; 5. Hande Erçel; 6. Burak Elmas; 7. Sezgin Köysüren; 8. Ferhat Aydın; 9. Lütfiye Tuğçe Özbudak; 10. Koray Serenli; 11. Onur Bükçü; 12. İsmail Behram Perinçekli; 13. Kaan Mellart; 14. Didem Soydan; 15. Onur Talay; 16. Mustafa Tari. İRADƏ
Chosen
13
2
baki-xeber.com

3Sources