Lənkəranda mikroavtobus piyadanı vurub.
Publika.az-ın xəbərinə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib.
1989-cu il təvəllüdlü Fariz Məmmədov idarə etdiyi "Mercedes Vito" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən Astara rayonunun Təxtənəkəran kənd sakini 1984-cü il təvəllüdlü piyada Leyla Kərimağa qızı İbrahimovanı vurub.
Müxtəlif bədən xəsarətləri alan L.İbrahimova Lənkəran rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.