EN

Sara yığmaya dəvət alması haqda nələr dedi? - ''Okan Burukun dedikləri doğru çıxdı''

''Qalatasaray''ın heyətində sərgilədiyi performans sayəsində karyerasında ilk dəfə Braziliya yığmasına dəvət alan Qabriel Sara ''pentakamoeonlar''ın düşərgəsində acıqlamalar verib.

Braziliya sabah Fransa, aprelin 1-də isə Xorvatiya ilə yoxlama oyunu keçirəcək. Hər iki görüş ABŞ-da baş tutacaq. Yaşadığı hisslərdən danışan 26 yaşlı yarımmüdafiəçi ''Qalatasaray''ın çalışdırıcısı Okan Burukun da yada salıb:

''Hazırda sözün əsl mənasında arzularımı yaşayıram. Braziliya yığmasına çağırılmaq uşaqlıqdan ən böyük arzum idi. Joinvildəki kiçik meydançalarda futbol oynadığım günləri xatırlayıram. O günlərdən buralara qədər gəlmək inanılmaz bir duyğudu. Ancaq bircə dəfə dəvət almaqla kifayətlənmək istəmirəm. Bu yoxlama oyunlarında özümü göstərmək və DÇ-2026-ya yollanan heyətdə yer almaq istəyirəm. Ançelotti kimi dünya səviyyəli məşqçinin başçılığı altında çalışmaq böyük qürurdu. Ondan öyrənə biləcəyim çox şey var. Yığmaya dəvət almaq məni çox sevindirməklə yanaşı inanılmaz dərəcədə motivasiyalandırdı. Artıq üzərimdə daha böyük məsuliyyət hiss edirəm. Həm yığmanın heyətində, həm də klubumda ən yüksək səviyyədə qalmaq üçün üzərimdə çox çalışacam. ''San Paulu''da çox gənc idim. Braziliyadan ayrıldığım vaxtdan bu yana çox dəyişmişəm. Təcrübə toplamışam və başqa oyunçuya çevrilmişəm. İngiltərədə futbolçu kimi inkişaf etdim və öz mövqeyimin incəliklərini anladım. ''San Paulu''da irəlidə oynayırdım. ''Norviç''də isə daha gerilərdən oynamağa, ordan oyun qurmağa başladım. ''Qalatasaray''da isə sabitlik yaxaladım. Həm texniki, həm də psixoloji cəhətdən. Türkiyəyə gəlmədən öncə Okan Burukla söhbət etdim. ''Qalatasaray''ın təklifini qəbul etməyimdə həmin söhbətin böyük rolu oldu. Buruk mənə Türkiyədə böyük oyunlarda iştirak edərək özümü göstərmək və Braziliya yığmasına çağırılmaq fürsəti əldə edəcəyimi dedi. Onun dediyi sözlər doğru çıxdı. Mən də zaman ötdükcə nə qədər doğru qərar verdiyimi anladım''.
Chosen
14
1
football-plus.az

2Sources