EN

Araqçıdan Rusiya ilə Çinə MESAJ

İran BMT Təhlükəsizlik Şurasının üzvlərindən, xüsusilə Rusiya və Çindən ABŞ və İsrailin hərəkətlərinə qarşı qəti mövqe sərgiləməsini gözləyir.

News365.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı çinli həmkarı Van İ ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, Tehran beynəlxalq ictimaiyyətdən, xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən İranla bağlı baş verən hadisələrə münasibətdə açıq və prinsipial mövqe gözləyir.

Çinin xarici işlər naziri Van İ isə cavabında qeyd edib ki, qarşıdurma əvəzinə dialoq yolu seçilməlidir. O bildirib ki, bu yanaşma həm İranın, həm də beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur.

Van İ əlavə edib ki, Çin obyektiv və qərəzsiz mövqeyini davam etdirəcək, digər ölkələrin suverenliyinin pozulmasına qarşı çıxacaq və regionda sülhün, atəşkəsin təmin olunmasına dəstək verəcək.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin ölkəsinin İran üçün etibarlı tərəfdaş olaraq qalacağını bəyan etmişdi.

Chosen
5
1
news365.az

3Sources