PSJ UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Liverpul"la oynayacağı iki oyuna daha yaxşı hazırlaşmaq üçün Fransa Liqasında "Lans" ilə keçirəcəyi matçı təxirə salmağı xahiş edib.
Offsideplus.az xəbər verir ki, 11 aprel tarixinə planlaşdırılan "Lans" – PSJ qarşılaşması Çempionlar Liqasının ilk oyunu (8 aprel, evdə "Liverpul"la) ilə cavab görüşü (14 aprel, "Enfilid"də) arasında düşür.
Parislilər bu səbəbdən Fransa Peşəkar Futbol Liqasından (LFP) matçın başqa vaxta keçirilməsini xahiş edib.
Ancaq "Lans" klubu bu təklifə kəskin etiraz bildirib. Klub rəsmi açıqlamasında belə bir qərarın “idman ədalətinə zərbə vuracağını” və yalnız bəzi klubların Avropa ambisiyalarına xidmət edəcəyini vurğulayıb.
"Lans" mövsüm ərzində ilk dəfə çempionluq uğrunda ciddi mübarizə aparır və matçın təxirə salınmasını qəbul etmək istəmir.
Qərarın yaxın günlərdə, çox güman ki, bu həftənin sonuna qədər açıqlanacağı gözlənilir.