EN

“Qarabağ”a şok yaşatdılar, rəhbərlikdən sevindirici xəbəri aldılar

“Kəpəz” rəhbərliyi “Qarabağ” qalibiyyətinə görə komandaya mükafat ayırıb.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubunda hər futbolçuya 4 min manat “premya” ödəniləcək. Bu, cari mövsümün ən yüksən pul mükafatıdır. 

Rəhbərlik bu qərarla komandanın motivasiyasını artırmaq və qarşıdakı oyunlarda daha yaxşı nəticə qazanmağı düşünür. 

Xatırladaq ki, “Kəpəz” mövsüm ərzində ikinci dəfədir “Qarabağ”ı məğlub edir. Həmin görüşdə də rəhbərlik komandaya mükafat ayırmışdı.

O zamn futbolçuların hər biri 3400 manat “premya” alıb. Bu səfərki qələbədə isə rəqəm daha da artırılıb.

Chosen
20
idmanxeber.az

1Sources