EN

Nərgiz Süleymanova dünya çempionatında buz üzərinə çıxır

ain.az, Idman.biz saytına istinadən bildirir.

Bu gün, martın 25-də fiqurlu konkisürmə üzrə dünya çempionatı start götürür.

İdman.Biz xəbər verir ki, Azərbaycan yarışda dörd idmançı ilə təmsil olunur: tək çıxışlarda Nərgiz Süleymanova və Vladimir Litvintsev, həmçinin buzüstü rəqslərdə Samanta Ritter və Daniyel Brikalov.

Yarışın ilk günündə qadınlar və idman cütlükləri qısa proqramlarını təqdim edəcəklər. Süleymanova buz üzərinə ikinci olaraq çıxacaq. Onun qısa proqramı “Shallow” mahnısının sədaları altında hazırlanıb. Fiqurlu konkisürən proqramında üçlü luts və üçlü tulup kaskadı, üçlü lup və ikiqat aksel yerinə yetirməyi planlaşdırır. Onun karyerasında qısa proqram üzrə ən yaxşı nəticəsi 2025/2026 mövsümündə “ISU CS Golden Spin of Zagreb” turnirində qeydə alınıb - 56,07 xal.

Sərbəst proqrama (27 mart) vəsiqə qazanmaq üçün Nərgiz qısa proqramın nəticələrinə əsasən ilk 24-lüyə düşməlidir. Ümumilikdə qadınların yarışında 33 idmançı iştirak edir.

Bu, Süleymanova üçün ikinci dünya çempionatıdır. O, ötən mövsüm (2024/2025) sərbəst proqrama yüksələ bilməyib. Azərbaycanlı idmançı litvalı rəqibi Mede Varyakayteyə cəmi 0,01 xal fərqlə uduzaraq 50,97 xalla 25-ci yeri tutub və növbəti mərhələdən kənarda qalıb. Həmin nəticə onun 2026-cı il Qış Olimpiya Oyunlarına vəsiqədən bir addım geri qalması ilə nəticələnib.

Qeyd edək ki, martın 26-da qısa proqramda Vladimir Litvintsev çıxış edəcək. Martın 27-də isə Samanta Ritter və Daniyel Brikalov ritmik rəqs proqramı ilə buz üzərinə çıxacaqlar.

Leyla Eminova

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
icma.az

2Sources