EN

Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub

BAKI, 25 mart. TELEQRAF

Lənkəranda mikroavtobus piyadanı vurub.

Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib.

1989-cu il təvəllüdlü Fariz Məmmədov idarə etdiyi "Mercedes Vito" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən Astara rayonunun Təxtənəkəran kənd sakini 1984-cü il təvəllüdlü piyada Leyla Kərimağa qızı İbrahimovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan L.İbrahimova Lənkəran rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd edək ki, 42 yaşlı qadın Astaradan Lənkərana atasının evinə qonaq gəlirmiş. Onun maşın marşrutdan düşüb yolu keçmək istəyərkən vurub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
9
teleqraf.com

10Sources