“Azarkeşlərimizə minnətdaram”.
Bunu “Neftçi”nin fransalı yarımmüdafiəçisi İmad Faraj qol.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Dördüncü yerdən “Neftçi”ni cəmi 5 xal ayırır. Avrokuboklar şansını necə dəyərləndirirsiniz?
- Qarşıda bizi çətin oyunlar gözləyir. “Sumqayıt”, “Zirə” və “Araz-Naxçıvan”a qarşı ağır matçlarımız olacaq. Hər üç oyunda qalibiyyətə ehtiyacımız var. İnanıram ki, buna nail olsaq, hədəfə çatmaq şansımız daha da artacaq.
- Azarkeşlərə nə demək istərdiniz? Növbəti matçlarda da sizdən bu cür performans gözləsinlər?
- Azarkeşlərimizə minnətdaram. Hava şəraitindən, məsafədən asılı olmayaraq hər zaman yanımızdadırlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edirik. İnanıram ki, inamlı çıxışımızı qarşıdakı matçlarda da davam etdirəcəyik.