EN

Azərbaycan QS 2026 reytinqində yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir

Bakı.Trend:

2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşıuniversitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildəreytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə,təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.

Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedənreytinqdə ilk dəfə top 100-lüyə daxil olub.

Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti,Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan DillərUniversitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan DövlətNeft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yeralıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti,Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan TexnikiUniversiteti) ilk dəfə bu reytinqə daxil olublar.

Qeyd edək ki, Azərbaycan müvafiq reytinqdə yer alan CənubiQafqaz regionunun yeganə ölkəsidir.
Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmədinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə dahayüksəkdir.

Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsilmüəssisəsinin və 21000-dən çox təhsil proqramınınqiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatəedir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz,işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks vəbeynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.

Chosen
56
18
az.trend.az

10Sources