EN

Taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs saxlanılıb -VİDEO

Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı Rahib Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ keçirdiyi məlum olub.

Araşdırmalar davam etdirilir.

Taksi

Chosen
13
29
redaktor.az

10Sources