EN

Çində Azərbaycan-Çin münasibətlərinin inkişafı müzakirə edilib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Çinə işgüzar səfəriçərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının DaimiKomitəsinin sədri Cao Lıci ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiməlumat yayıb.

Azərbaycan parlamentinin spikerini səmimiyyətlə salamlayan CaoLıci səfərə və Asiya naminə Boao Forumunda iştirakına görə SahibəQafarovaya təşəkkür edib. O, qeyd edib ki, Milli Məclis sədrinin buForumda iştirak məqsədilə Çinə səfəri Azərbaycanın ikitərəfliəlaqələrə verdiyi əhəmiyyətin və Foruma dəstəyiningöstəricisidir.

Ölkələrimiz arasında dərin tarixi köklərə əsaslanaraq, möhkəmtəməl üzərində qurulan və xalqlarımızın fundamental maraqlarınacavab verən dostluq əlaqələrinin inkişafından məmnunluğunu bildirənDaimi Komitənin sədri Cao Lıci Azərbaycan və Çin arasındadiplomatik əlaqələrin qurulmasından keçən 34 ildəmünasibətlərimizin qarşılıqlı hörmət və dəstəklə müşayiətolunduğunu diqqətə çatdırıb.

Cao Lıci qeyd edib ki, son illərdə iki ölkə başçısının müdrikrəhbərliyi altında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinəyüksəlib. Qeyd olunub ki, ötən il Azərbaycan və Çin liderləriarasında iki görüş keçirilib və Ümumçin Xalq Nümayəndələri Məclisidövlət başçılarının bu fəaliyyətinin dəstəklənməsi və ölkələrimizarasında əlaqələrə yeni ölçülərin qazandırılması məqsədiləAzərbaycan parlamenti ilə birgə işləmək niyyətindədir.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəliqonaqpərvərliyə və Azərbaycanın ünvanına söylədiyi xoş sözlərə görətəşəkkür edərək, Cao Lıci ilə bundan öncə müxtəlif ölkələrdəkeçirilən beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqlaxatırlayıb. Bu səfərin onun Azərbaycan Respublikası MilliMəclisinin sədri kimi Çinə ilk səfəri olduğunu deyən spiker SahibəQafarova ümidvar olduğunu bildirib ki, bu səfər parlamentlərimizarasında münasibətlərin daha da genişlənməsinə və qarşılıqlısəfərlərin artmasına töhfə verəcək.

Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərinqurulmasının 35 illiyinin qeyd olunacağını söyləyən Milli Məclissədrinin sözlərinə görə, ölkələrimiz arasında münasibətlər həmişədostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub və bu günAzərbaycan – Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdədavam edir.

Spiker Sahibə Qafarova son dövrlərdə bu münasibətlərin yenimərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrimizarasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyinivurğulayıb. Diqqətə çatdırılıb ki, ölkələrimizin liderləri arasındamövcud olan səmimi münasibətlər, qarşılıqlı hörmət və etimadtərəfdaşlığın inkişafında mühüm rol oynayır. O, Prezident İlhamƏliyevin 2025-ci ildə Çinə səfərlərini, həmçinin ötən ilin aprelayında baş tutan dövlət səfəri zamanı Hərtərəfli StratejiTərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalandığını xatırladıb.

Söhbət zamanı ərazi bütövlüyü və suverenliyi məsələsində dəqarşılıqlı dəstək ifadə olunub. Milli Məclisin sədri SahibəQafarova bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətini hər zamanqətiyyətlə dəstəkləyir, Çin isə öz növbəsində Azərbaycanınsuverenliyinə və ərazi bütövlüyünə daim dəstək göstərib.

Cao Lıci Azərbaycanın "Vahid Çin" siyasətinə, Çinin Tayvan,Honkonq və Sintszyan-Uyğur Muxtar regionlarına dair mövqeyinədəstəyi və bu istiqamətdə verdiyi bəyanatları yüksəkqiymətləndirdiklərini bildirib. O, həmçinin Çin vətəndaşlarınınİrandan təxliyə olunmasına göstərdiyi dəstəyə görə Azərbaycanatəşəkkür edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan "Bir Kəmər, Bir Yol"təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və Çin tərəfi bunuyüksək qiymətləndirir. Sahibə Qafarova deyib ki, bu gün AzərbaycanAvrasiyada mühüm nəqliyyat qovşağıdır. Orta Dəhliz Çin ilə AvropanıXəzər dənizi vasitəsilə birləşdirən etibarlı, təhlükəsiz vəsəmərəli marşruta çevrilib.

Eyni zamanda, ölkələrimizin ticarət, nəqliyyat, kommunikasiyaməsələlərində birgə işləməsindən, həmçinin Transxəzər BeynəlxalqNəqliyyat Dəhlizi üzrə yükdaşımaların artmasından məmnunluq ifadəedilib. Cao Lıci bildirib ki, Çin rəqəmsal inkişaf, süni intellekt,yaşıl enerji kimi sahələr üzrə də əlaqələrin inkişafındamaraqlıdır. Vizaların qarşılıqlı ləğvi, ilk ölkə arasında birbaşauçuşların yaratdığı imkanlardan istifadə əlaqələri daha da inkişafetdirəcək.

Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Çin qlobalcənubun üzvləridirlər. Cao Lıci Azərbaycanın beynəlxalq səviyyədəoynadığı rolun getdikcə daha da gücləndiyini və Çinin beynəlxalqsəviyyədə Azərbaycana dəstəyini və Azərbaycanla əlaqələndirmənidaha da artırmaq niyyətində olduğunu bildirib. Qeyd olunub ki, Çin,həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü vəölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrəMüşavirəyə sədrliyini də dəstəkləyir.

Görüşdə daha sonra humanitar və mədəni əməkdaşlıq məsələlərinədə diqqət yetirilib və qeyd olunub ki, bu sahədə əlaqələrxalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Milli Məclisin sədriölkələrimiz arasında mədəni sahədə uğurlu layihələr həyatakeçirildiyini bildirib, xüsusilə Heydər Əliyev Fondu ilə ÇinXalqının Xarici Ölkələrlə Dostluq Assosiasiyası arasındakıəməkdaşlığı yüksək qiymətləndirib.

Söhbət zamanı tərəflər parlamentlərarası əməkdaşlığa da diqqətyetirərək, qeyd ediblər ki, bu sahədə əlaqələr ölkələrimiz arasındamünasibətlərin dərinləşməsində mühüm yer tutur. Spiker SahibəQafarova Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı ÜmumçinXalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri ilə keçirdiyigörüşləri də bu əlaqələrə verilən əhəmiyyətin göstəricisi kimidəyərləndirib.

Vurğulanıb ki, parlamentlərimiz arasında fəal və səmərəliəməkdaşlıq mövcuddur. Spikerlər və parlament nümayəndə heyətlərisəviyyəsində qarşılıqlı səfərlər mütəmadi həyata keçirilir vədeputatlarımız parlamentlərimizin ev sahibliyi etdiyi beynəlxalqtədbirlərdə iştirak edirlər. Deputatlar, həmçinin parlamentlərarasıtəşkilatlar çərçivəsində mütəmadi əlaqə saxlayır və bir-birimizəqarşılıqlı dəstək göstərilir və fikir mübadiləsi aparılır.

Söhbət zamanı gələcəkdə də bu əlaqələrin daha dagenişləndirilməsinin və təmasların artırılmasının əhəmiyyətinə dairortaq fikirlər səsləndirilib, qanunvericilik orqanlarınınkomitələri arasında, o cümlədən institusional əlaqələrin inkişafetdirilməsi, eyni zamanda, müxtəlif sahələr üzrə əməkdaşlığıngenişləndirilməsi imkanları nəzərdən keçirilib.

Cao Lıci, həmçinin Çin Xalq Nümayəndələri Yığıncağının 14-cüsessiyasının yekunları və qəbul etdiyi qərarlar, eyni zamanda,Çinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında da məlumatverib. O, Çinin bu nailiyyətləri dost ölkələrlə, o cümlədənAzərbaycanla paylaşmağa hazır olduğunu söyləyib.

Məqalədə:
Chosen
45
18
az.trend.az

10Sources