EN

Saşa Yunisoğlu: “Sent Lüsiyanın adını birinci dəfədir eşidirəm” MÜSAHİBƏ

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Bu cür rəqiblərə qarşı oynamağın da yaxşı tərəfi var”.

Bunu Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan milli komandasını qarşıda “FİFA series” turnirin oyunları gözləyir. Milli komandanın heyəti ilə yəqin ki, tanış olmusunuz. Heyətlə bağlı fikriniz necədir, siyahıdan kənarda qalan oldu?

- Millinin heyətində heç bir sürpriz yoxdur. Gözlənilən heyətdir. Hazırda çempionatımızda öz klublarında daimi əsas heyətdə oynayanlar o qədər də çox deyil. Seçim də böyük deyil. Hazırda millidə olanlar məncə ən yaxşılardır.

- Azərbaycan milli komandasını qarşıda Sent-Lüsiyaya qarşı oyun gözləyir. Həmin matçda millimizin şanslarını necə dəyərləndirirsiniz?

- Açığı, bu ölkənin adını birinci dəfədir eşidirəm. Heç bilmirəm onlar FİFA reytinqində neçənci yerdədir. Bundan əvvəl kimlə oynadıqlarından da xəbərsizəm. Düşünmürəm ki, bu komanda elə də güclü olsun. Məncə bu oyunda millimiz böyük hesablı qələbə qazanacaq.

- Millimizin özü 126-cı pillədədir. Sent-Lüsiya 167, Syerre-Leona isə 120-ci yerdədir. Bu rəqiblərlə görüş millimizə hansı nəticəni verə bilər?

- Bu cür rəqiblərə qarşı oynamağın da yaxşı tərəfi var. Məşqçi milliyə yeni dəvət olunanları sınaya bilər, komanda qələbə qazanarsa, gələcək üçün yaxşı motivasiya olar. Çünki millimizdə qələbə hissi çatışmır.

- Necə düşünürsüz, millidən kənarda qalanlar oldu? Ölkə xaricində oynayan azərbaycanlılar azdır. Onlar arasında Özancan Kökçünü qeyd etmək olar. Özancan Kökçü Niderland yüksək liqasında oynasa da, milliyə dəvət edilmədi. Necə düşünürsünüz, niyə dəvət edilmədi?

- Kökçünün milli komandamıza nəyə görə dəvət edildiyini bilmirəm. Yəqin ki, Ayxan Abbasov bu suala daha dəqiq cavab verə bilər.

- Şahruddin Məhəmmədəliyevin milliyə dəvət olunması isə çox müzakirə edildi. Çünki zədəli idi və tam bərpa olunmayıb, hətta “Qarabağ”da da oynamır...

- Bu suala da cavabı ancaq Ayxan Abbasov verə bilər. Düşünürəm ki, Şahruddin millimizin əsas qapıçısı olduğuna görə onu motivasiyə etmək üçün milliyə çağırıblar. Həm də təcrübəsindən yararlana bilərlər. Məncə, bu məsələni çox şişirtməyə ehtiyac yoxdur.

- Azərbaycan millisi Millətlər Liqasında Lixtenştyen və Litva yığmaları ilə qarşılaşacaq. Millimizin bu qrupdakı şanslarını necə dəyərləndirirsiniz?

- Yaxşı və maraqlı qrupdur. Bizim dişimizə uyğun rəqiblərdir. Millimiz bu qrupdan çıxmalıdır. Çünki Millətlər Liqasında bundan aşağı səviyyədə rəqiblər olmayacaq. Əminəm ki, millimiz hər iki rəqibi məğlub edəcək və turnirdə də 1 pillə yüksələcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
icma.az

3Sources