EN

"Qalatasaray" almana görə "Fənərbaxça" ilə mübarizə aparacaq

Almaniya millisinin və “Bavariya”nın futbolçusu Leon Qoretzka karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, “Fənərbaxça”dan sonra Türkiyədən daha bir klub almanı heyətinə qatmağı planlaşdırır.

Belə ki, “Qalatasaray” da Qoretzka üçün hərəkətə keçib.

Mövsümün sonunda “Bavariya” ilə müqavilə müddəti başa çatacaq yarımmüdafiəçi “Fənərbaxça” və “Qalatasaray” arasında seçim etməli olacaq.

O, 2018-ci ildə “Bohum”dan “Bavariya”ya keçib.

 

saytlarin hazirlanmasi

Chosen
29
4
sportal.az

5Sources