EN

Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytının məlumat yayıb.

O, ilk dəfə olaraq milli komandanın 2026-cı ildə İsrailə qarşı ilk oyununda kapitanlıq sarğısını taxacaq. Oyun sabah keçiriləcək.

Gürcüstan hazırkı beynəlxalq fasilədə 2 oyuna çıxacaq. İsraillə yanaşı, komanda Litva ilə də qarşılaşacaq. İkinci matç isə 29 martda keçiriləcək.

Ümumilikdə, Xviça Kvaratsxeliya milli komandada 47 oyuna çıxıb. 25 yaşlı cinah yarımmüdafiəçisi 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

Chosen
3
1
ikisahil.az

6Sources