EN

Azərbaycan millisinin futbolçusunu 5 klub istəyir ADLAR

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Şamaxı"nın müdafiəçisi Rüfət Abbasovun xidmətində 5 klub maraqlıdır.

Sportal.az xəbər verir ki, cari mövsümün sonunda "aslanlar"la müqaviləsinin müddəti başa çatacaq 21 yaşlı futbolçunu "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz", "Kəpəz" və "İmişli" istəyir.

"Şamaxı" rəhbərliyi isə hazırda gənc milli üzvünün komandada qalması üçün onunla danışıq aparır. Düzdür, Rüfətə iş yerini dəyişməyəcəyi halda, maaşının artırılacağı ilə bağlı vəd verilib, amma digər klubların təklifləri ilə müqayisədə bu məbləğ də kölgədə qalır.

Xatırladaq ki, Abbasov əsas millidə debütünü DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiyata qarşı baş tutan ev oyununda (0:2) reallaşdırıb.(Fanat.az)

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
3
sportal.az

4Sources