EN

Dünyanı sarsan Epşteyn skandalı: Zərərçəkmişlər ilk dəfə danışdı

Milyarder Cefri Epşteynin zərərçəkmişləri, yaşadıqları cinsi istismarı ilk dəfə bir araya gələrək gözyaşları içində açıqlayıblar. Onlar, Epşteynin qurbanlarının gözlərindəki qorxudan zövq aldığını və bu qorxunun onun gücünün əsas mənbəyi olduğunu bildirdilər.

NOCOMMENT.az “En Son Haber”ə istinadən xəbər verir ki, 2000-ci illərin əvvəllərindən etibarən gənc qızları sistemli şəkildə cinsi istismara və insan qaçaqçılığına məruz qoyan Epşteyn, 2019-cu ildə həbsxanada ölü tapılıb.  ABŞ Ədliyyə Nazirliyinin milyonlarla səhifəlik Epşteyn sənədlərini açıqlaması ilə zərərçəkmişlərin şəxsiyyətləri üzə çıxdı və illərlə susan qadınlar danışmağa başladı. Sənədlər Epşteynin “masaj” adı altında başlayan istismarlarının xüsusi təyyarə səfərləri, Nev Mexicodakı “Zorro” ferması və Karib dənizindəki özəl adasına qədər uzandığını göstərib.

“BBC Newsnigh”ta danışan zərərçəkmişlər yaşadıqlarını gözyaşları içində bölüşüb. Şaraleyn Roçard, Vircinia Cefrinin fotosunu əlində tutaraq çıxış edib. Zərərçəkmiş Coanna Harrison, yaşadıqlarını danışarkən: “Bir nöqtədə boğulursan və nəfəs almaq lazımdır. Şəxsiyyətimin ifşa olunmasından sonra susa bilməzdim”,- deyə qeyd edib.
Harrison, Epşteyn ilə 18 yaşında tanış olduğunu və masajla başlayan prosesin sonradan cinsi istismara çevrildiyini bildirib.

Digər qurban Çaubtae Davies, Epşteynin özəl təyyarəsi ilə etdiyi səfərlərə aid əvvəllər yayımlanmayan fotoşəkilləri paylaşıb. Şəkillərdə Qişlayne Maksvel, aktyor Kevin Spacey və keçmiş ABŞ Prezidenti Bill Klinton də yer alıb. Davies səfərləri “həyatda bir dəfə yaşana biləcək təcrübələr” adlandırsa da, yaşananların “bağlı qapılar arxasında reallıqlar”la kölgələndiyini vurğulayıb.

“Qorxudan Zövq Alırdı”

Zərərçəkmişlər Epşteyn’in qurbanlarının qorxusundan güc aldığını ifadə ediblər: “Gözlərimizdəki qorxudan zövq alırdı. Donub qalmağımızdan, nə edəcəyimizi bilməməyimizdən xoşu gəlirdi”,- deyə zərərçəkmiş Lisa Fillips bildirib.
Onlar Epşteyn’in güclü şəxslərlə əlaqələrinin olduğunu və yaşananlardan bəzi şəxslərin xəbərdar ola biləcəyini qeyd ediblər. Fillips, İngiltərə Şəhzadəsi Endryu ilə Epşteyn əlaqələrindən danışaraq bir dostunun Şəhzadə Endryu ilə cinsi əlaqəyə zorlandığını iddia edib. Endryu isə bütün ittihamları rədd edir.

Zərərçəkmişlər Epşteyn’in 2019-cu ildə həbsxanada ölümü ilə bağlı rəsmi intihar açıqlamasına inanmadıqlarını bildirib. Onlar yaşadıqları istismarın həyatlarında qalıcı izlər buraxdığını vurğulayıb.

14 yaşında Epşteyn ilə tanış olan Cena Lisa Cons və Vendi Pesante, bu yaşananların uzun müddət psixologiyalarına təsir etdiyini ifadə edib. Harrison isə keçmiş fotoşəkillərinə baxaraq:
“Artıq eyni şəkildə gülmürəm”, -deyərək yaşadığı travmanı izah edib.\\musavat.com

Chosen
37
2
nocomment.az

3Sources