EN

Əflatun Amaşov qəzaya DÜŞDÜ -FOTO

Tanınmış jurnalist Əflatun Amaşov qəza keçirib.

Redaktor.az xəbər verir ki, onun avtomobili Bakı-Şamaxı yolunda aşıb.

Hadisə vaxtı jurnalist xəsarət almasa da, yanındakı sərnişin yüngül zədə alıb.

Hadisə ilə bağlı “Yeni Sabah”a danışan Əflatun Amaşovun oğlu Orxan Amaşov bildirib ki, hazırda atasının səhhəti yaxşıdır.

“Atamın vəziyyəti yaxşıdır. Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.

Qeyd edək ki, Ə. Amaşov uzun müddət Azərbaycan Mətbuat Şurasının sədri və V çağırış Milli Məclisinin deputatı olub. Hazırda "Xalq" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. 

2
Chosen
3
18
redaktor.az

10Sources