EN

Kafedə yediyi göbələkdən zəhərləndi

Tərtər rayonunda zəhərlənmə qeydə alınıb. 

"Cebheinfo.az" xəbər verir ki, hadisə martın 22-si saat 17 radələrində qeydə alınıb.

Şıxarx qəsəbə sakini 1977-ci il təvəllüdlü Yalçın Qasım oğlu Atakişiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir. Onun qəsəbə ərazisində yerləşən kafelərdən birində yediyi göbələkdən zəhərləndiyi bildirilir. 

Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır. 

"Cebheinfo.az"

Chosen
5
1
cebheinfo.az

2Sources