EN

Azərbaycan U-19 millisi seçmə mərhələdə Litva ilə qarşılaşacaq

Bakı.TurkicWorld:

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.

TurkicWorld xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan yığma Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşacaq.

"Raudondvario" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qarşılaşmanı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Chosen
2
5
turkic.world

10Sources