EN

Bəzi yerlərdə YAĞIŞ YAĞIR: Görünüş məsafəsi 200 500 metrədək məhdudlaşır

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Martın 25-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin səhər saatlarından bəzi yerlərdə yağış yağır.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Naxçıvan, Şahbuz, Culfa, Şəki, Naftalan, Goranboy, Mingəçevir, Ağdam, Tərtər, Yevlax, Yardımlı, Lerikdə 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadası, Gəncə, Naftalan, Xaltan, Lerik, Astarada duman müşahidə olunur, görünüş 200-500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 17, Aran rayonlarında 23, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
24
oxu.az

10Sources