EN

Azərbaycanda futbolçu ciddi zədə aldı – Təcili əməliyyat olunacaq

Azərbaycan II Liqası növbəti turunda keçirilmiş “Ağdaş” – “Şəmkir” oyununda qonaqların futbolçusu ciddi xəsarət alıb.

İdmanxeber.az-ın məlumatına görə, Fərid İslamzadənin matç zamanı başına aldığı zərbədən kəllə-beyin travması aldığı və alın sümüyündə çat aşkarlandığı bildirilir. Həkimlər onun təcili əməliyyat olunmasına qərar verib.

Klubdan bildirilib ki, futbolçuya Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən lazımi tibbi yardım göstərilir və vəziyyəti nəzarət altındadır.

Qeyd edək ki, İslamzadə sabah tezdən əməliyyat üçün Musa Nağıyev adı Kliniki Tibbi Mərkəzə (Semaşko) göndəriləcək.

Chosen
55
idmanxeber.az

1Sources