EN

İstanbulda məşhurlara qarşı narkotik əməliyyatı: Hande Erçel, Hakan Sabancı…

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bir sıra tanınmış şəxslər narkotik maddələrlə bağlı ittihamlarla saxlanılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə "Haber Global" telekanalı xəbər yayıb.

Bildirilib ki, saxlanılan şəxslər "şəxsi istifadə üçün narkotik maddələrin saxlanması" və "narkotik vasitələrin istifadəsinə şərait yaratma" maddələri üzrə istintaqa cəlb olunublar.

Saxlanılanlar arasında aktrisa Hande Erçel, modellər Güzide Duran və Didem Soydan, həmçinin Hakan Sabancı və Kerim Sabancı yer alır.

"Haber Global"ın təqdim etdiyi siyahıya əsasən, saxlanılan digər şəxslər bunlardır:

Fikret Orman, Güzde Aksoy (Güzide Duran), Burak Elmas, Sezgin Köysüren, Ferhat Aydın, Lütfiye Tuğçe Özbudak, Koray Serenli, Onur Bükçü, İsmail Behram Perinçekli, Kaan Mellart, Onur Talay və Mustafa Tari.

Məlumata görə, istintaq tədbirləri davam edir.

Chosen
22
far.az

1Sources