EN

Azərbaycanda 8 min “Könüllü DOST” var

Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində önəmli rol oynayan “Könüllü DOST” proqramına cəlb edilənlərin sayı artıq 8 minə yaxındır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirib ki, onlardan 6900-dən çox proqramın “Gənc DOST”, 134 nəfəri “Gümüşü DOST” (yaşlılar üçün), digərləri “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “DigiDOST”, “TeleDOST” kimi altproqramları üzrə könüllülük fəaliyyətinə cəlb ediliblər.

Könüllülər dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. Onlar DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, məlumatlandırılması, e-sistemlərdən istifadə və s. işlərdə köməklik göstərir.

Bu istiqamətdə fəaliyyət onlara vətəndaşlara xidmət sahəsində təcrübə, bacarıq, işgüzar vərdişlər əldə etmək imkanı verir, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlar atmağa dəstək olur.

Chosen
37
7
cebheinfo.az

8Sources