EN

Yamal Avropada lider, Vinisius isə üçüncüdür - "5-lik"

"Barselona"nın hücumçusu Lamin Yamal Avropanın aparıcı beş liqasında ən çox driblinq edən oyunçuların reytinqinə inamla başçılıq edir. 

Fanat.Az xəbər verir ki, "Squawka" bu göstəricidə ilk "5-liy"i açıqlayıb. 

Analitik portalın hesablamasına görə, 18 yaşlı ispaniyalı cari La Liqa mövsümündə 118 dəfə driblinq edib. 

Ən yaxşı driblinq edənlər siyahısında ikinci yerdə "Leypsiq"dən Yann Diomande (87), üçüncü yerdə isə "Real Madrid"dən Vinisius Junior (70) qərarlaşıb. 

"Yuventus"dan Kenan Yıldız (69) və "Tuluza"dan Yann Qbu (67) da ilk "5-liy"ə daxil olub. 

Lamin Yamal təkcə driblinqlə kifayətlənmir, həm də müntəzəm olaraq komandasının qollarında birbaşa rol oynayır. O, İspaniya çempionatında 25 oyunda 14 qol vurub və komanda yoldaşlarına 10 məhsuldar ötürmə edib.

Chosen
9
1
fanat.az

2Sources