Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Â
APA-nın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
Â
Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. 1991-ci il təvəllüdlü Ağayev Sənan Nəsrəddin oğlu və Aslanova Könül Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Â
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.
Â
Faktla bağlı araşdırma aparılır.