EN

“Xiaomi”nin xalis mənfəəti azalıb

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin “Xiaomi” şirkəti xalis mənfəətini açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin xalis mənfəəti 2025-ci ilin dördüncü rübündə 27,3% azalıb.

Çünki şirkət nəqliyyat vasitələrinin istehsalına böyük sərmayələr yatırmağa davam edir.

“Xiaomi” şirkətinin oktyabr-dekabr aylarında xalis mənfəəti 6,54 milyard yuan təşkil edib ki, bu da bir il əvvəl 9 milyard yuan idi.

Düzəldilmiş xalis mənfəət 23,7% azalaraq 6,35 milyard yuana, əməliyyat mənfəəti isə 29,9% azalaraq 6,23 milyard yuana düşüb. Hesabata görə, gəlir 7,3% artaraq rekord həddə - 116,92 milyard yuana çatıb və ardıcıl beşinci rübdə 100 milyard yuan həddini keçib. “Xiaomi” şirkətinin dördüncü rübdə smartfon gəliri 44,3 milyard yuan (13,6% azalma) təşkil edib. Şirkət 37,7 milyon smartfon satıb (11,6% azalma).

Elektrikli nəqliyyat vasitələri və digər qabaqcıl texnologiya seqmentində gəlir 2,2 dəfə artaraq 37,2 milyard yuanı keçib. Oktyabr-dekabr ayları arasında elektrikli nəqliyyat vasitələrinin tədarükü 2,1 dəfə artaraq 145 min 115 ədədə çatıb.Son 12 ay ərzində Xiaomi-nin bazar kapitallaşması təxminən 39% azalıb, Hang Seng səhm indeksi isə 7%-dən çox artıb. Qeyd edək ki, Xiaomi 2010-cu ildə təsis edilib. Şirkət smartfonlar, planşetlər, noutbuklar, televizorlar, ağıllı saatlar və ağıllı velosipedlər, eləcə də elektrikli nəqliyyat vasitələri istehsal edir. Məhsulları 100-dən çox ölkədə mövcuddur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
1
banco.az

2Sources