EN

İrana TƏCİLİ təklif göndərildi: 15 maddəlik planın detalları

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ İranla müharibəyə son qoymaq üçün 15 maddəlik sülh planı hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kanal 12” məlumat yayıb.

Nəşr yazır ki, plan artıq Pakistan vasitəsilə İrana çatdırılıb.

Məlumaya görə, planı ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkofd və kürəkəni Cared Kuşner hazırlayıblar. “The New York Times” Preazident Donald Trampın müharibəyə görə yaranan iqtisadi çətinliklərdən çıxış yolu axtardığını yazıb.

Planda İranın ballistik raket və nüvə proqramları, eləcə də Hörmüz boğazına istinad edərək dəniz marşrutları müzakirə olunur.

Lakin hesabatda deyilir ki, Pakistan vasitəsilə təqdim edilən planın İran rəsmiləri arasında nə dərəcədə geniş şəkildə paylaşıldığı və İranın bunu danışıqlar üçün əsas kimi qəbul edib-etməyəcəyi məlum deyil.

Həmçinin İsrailin də bu təkliflə bağlı mövqeyi bəlli deyil. “Kanal 12″nin məlumatına görə, plan İrandan nüvə proqramlarını ləğv etməsini, uran zənginləşdirməsini dayandırmasını və heç vaxt nüvə silahı hazırlamamaq barədə daimi öhdəlik götürməsini tələb edir.

Bundan əlavə, Tehrandan regiondakı proksilərin maliyyələşdirilməsini və silahlandırılmasını dayandırması və Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq qalmasına zəmanət verməsi tələb olunacaq. Vaşinqtonun bunun müqabilində sanksiyaların tam aradan qaldırılmasını, İranın cənubundakı Buşehrdə mülki nüvə enerjisi layihəsinin inkişafına kömək etməyi və əvvəllər qaldırılmış BMT sanksiyalarının yenidən tətbiq olunmasına imkan verən “snapback” mexanizmi təhdidinin aradan qaldırılmasını təklif etdiyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
50
globalinfo.az

10Sources