EN

Şəmkirdə yük maşını ilə minik maşını toqquşub, xəsarət alan var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Qazel "markalı yük avtomobili ilə "Mercedes "markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən yük maşını yolun hərəkət hissəsinə aşıb, "Mercedes" isə yoldan çıxaraq dərəyə düşüb. Qəza zamanı 1 nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə Şəmkirdə Şəmkirdə
Chosen
16
8
apa.az

9Sources