EN

Tramp: “Hər şeyi nəzarət altına alacağıq”

AzVision.az xəbər verir ki, Amerika lideri Donald Tramp Daxili Təhlükəsizlik Nazirinin andiçmə mərasimindən sonra keçirilən brifinqdə belə deyib.

Müxbirlərdən biri ABŞ prezidentindən Vaşinqtonun İranın bağladığı Hörmüz boğazından ticarətə necə nəzarət edəcəyi ilə maraqlanıb.

“Xeyr, bizim üçün hər şey yaxşı olacaq. İstədiyimiz hər şeyi nəzarət altına alacağıq”,- Ağ Evin rəhbəri vurğulayıb.

Xatırladaq ki, ABŞ-İsrail hərbi əməliyyatının başlamasından sonra İran Hörmüz boğazında ticarətin dayandırıldığını elan edib.

Bir neçə gün əvvəl isə Donald Tramp İranın qismən bağlanmış Hörmüz boğazını 48 saat ərzində açmayacağı təqdirdə onun elektrik stansiyalarını məhv edəcəyi ilə hədələmişdi. Daha sonra Amerika lideri bu müddəti 5 günə qədər uzatdığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az

Chosen
23
azvision.az

1Sources