EN

Zidan köməkçilərini seçdi

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Zidan köməkçilərini seçdi

Fransa millisini çalışdıracağı gözlənilən Zinəddin Zidan artıq məşqçilər heyətini formalaşdırmağa başlayıb.

QOL.az xəbər verir ki, bu haqda “L’Equipe” məlumat yayıb. 

Zidan yığmada işləmək üçün məşqçilər heyətinə yeni mütəxəssislər dəvət edib. O, David Bettoni və Hamidu Msaidienini Fransa millisinə  cəlb etmək qərarına gəlib. 

Mənbənin bildirdiyinə görə, adıçəkilən mütəxəssislər daha əvvəl Zidanla birlikdə işləyiblər. Onlar fransalı məşqçinin “Real” rəhbərlik etdiyi dönəmdə məşqçilər heyətində yer alıblar.

Qeyd edək ki, daha əvvəl Zinəddin Zidanın Fransa Futbol Federasiyası ilə şifahi razılıq əldə etdiyi və milliyə baş məşqçi kimi təyin olunacağı barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, Zidanın son klubu “Real” olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
qol.az

2Sources