Tərtərdə ağır qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib. Belə ki, ağır yol qəzası nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev ölüb.
1991-ci il təvəllüdlü Ağayev Sənan və Aslanova Könül müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ilkin tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndərilib.
Fakt araşdırılır.
Tural Əhmədov