EN

Xamenei razılaşdı, gizli şəkildə ABŞ a xəbər verildi İlginc iddia

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İsrailin “Ynet” xəbər agentliyi İranın ali rəhbəri Müctəba Xameneinin ABŞ-la danışıqlara razılıq verdiyini yazıb.

İddialara görə, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa gizli şəkildə Müctəba Xameneinin danışıqlara razılıq verdiyini bildirib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, indiki məqamda tərəflər arasında danışıqların baş tutması ehtimalı azdır:

“Müharibə davam edir. İran tərəfi İsrailə ciddi zərbələr vurur. Eyni qaydada ABŞ və İsrail də İrana zərbələr endirir. Belə olan təqdirdə, danışıqların real nəticə verməsi, hələlik çətindir. Müharibə vəziyyəti davam etdiyi müddətdə tərəflərin mövqeləri bir-birinə qarşı çox sərtdir. Hər iki tərəf strateji üstünlüklər qazanmağa çalışır. Bu baxımdan, indiki mərhələdə danışıqlar yalnız prosesin başlandığı mənasına gəlir. Lakin praktik olaraq sülh razılaşmasının əldə olunması üçün hər iki tərəfin atəşkəs və qarşılıqlı güzəştlərə hazır olması vacibdir.

Qabil Hüseynli

Yaxın gələcəkdə tərəflər arasında hərbi əməliyyatlar davam edəcəyi təqdirdə diplomatik mexanizmlərin effektivliyi məhdud qalacaq. İndiki şəraitdə İranla ABŞ-ın hərbi və strateji maraqları hələ tam uzlaşmayıb. Danışıqlar yalnız prosesin istiqamətini göstərir və gələcəkdə gerçək nəticələr əldə etmək üçün daha stabil şəraitin formalaşmasını gözləmək lazımdır. Tərəflər arasında qarşılıqlı etimadın bərpası və müharibə fəaliyyətlərinin azalması sülh danışıqlarının uğuru üçün əsas şərtdir”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
globalinfo.az

2Sources