EN

Qədim evdə mumiyalanmış “su pərisi” tapıldı

Yaponiyanın Fukuşima prefekturasında əfsanəvi “su pərisini” xatırladan qalıqlar aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazır.

Qədim evdə tapılan bu nümunə iti dişlərə, uzun qollara və quyruq üzgəcinə malikdir. Nəşrin qeyd etdiyi kimi, sirli tapıntı Yaponiya folklorundakı əfsanəvi su demonu — Kappanı xatırladır. Deyilənlərə görə, onlar Yaponiyanın göl və çaylarında yaşayır, insanları və mal-qaranı suya çəkib aparırlar.

Mumiya sərgidə nümayiş olunacaq, hətta onu satın almaq da mümkün olacaq. Tədbirin təşkilatçısı təxminən 11 755 funt-sterlinq (təxminən 25 500 manat) gəlir əldə edəcəyini gözləyir.

Chosen
43
50
publika.az

10Sources