EN

Livan İran səfirini qovdu -TEHRANDAKI SƏFİRİNİ GERİ ÇAĞIRDI

Livan İranın Beyrutdakı səfiri Məhəmməd Rza Rauf Şeybanini "arzuolunmaz şəxs” elan edərək, onu ölkədən qovub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Livan xarici işlər naziri Yusif Raci məlumat verib.

 

O bildirib ki, bu qərar İran səfirliyinin Beyrutdakı müvəqqəti işlər vəkilinə çatdırılıb.

 

Raci əlavə edib ki, Şeybani martın 29-dək Livan ərazisini tərk etməlidir.

 

Livan həmçinin Tehrandakı səfiri Əhməd Süveydanı məsləhətləşmələr üçün geri çağırıb.

 

“İran hakimiyyəti iki ölkə arasında mövcud diplomatik normalar və protokolları pozub”, - Livan xarici işlər naziri əlavə edib.

Chosen
38
senzor.az

1Sources