EN

İsveç İranda vətəndaşının edamına görə bu ölkə diplomatlarına vizaların verilməsini dayandırıb

İsveç hökuməti Stokholmdakı İran səfirliyinin bəzi əməkdaşları üçün qısamüddətli vizaların verilməsini və müddətinin uzadılmasını dayandırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveç rəsmiləri bildiriblər.

Onların sözlərinə görə, qərar İranda İsveç vətəndaşının edam edilməsinə cavab olaraq verilib. Bununla əlaqədar olaraq İslam Respublikası səfirliyinin işçilərinə yeni qısamüddətli vizalar verilməyəcək və mövcud vizalar uzadılmayacaq.

Bundan əvvəl Avropa İttifaqının (Aİ) rəhbəri Kaya Kallas bildirib ki, Aİ İranda İsveç vətəndaşının edam olunmasını pisləyir və bunu "mənasız zorakılığın qəddar aktı" hesab edir.

Chosen
43
far.az

1Sources