EN

Florentino Peres braziliyalı futbolçunun müqaviləsinin uzadılmasını istəyir

Bakı. Trend:

Florentino Peres "Real"da Vinisius Juniorun müqaviləsininuzadılmasında şəxsən maraqlıdır.

Trend xəbər verir ki,insayder Fabritsio Romanonun məlumatına görə, klub prezidenti sonaylarda braziliyalı vingerlə yeni müqavilə bağlanmasını aktivşəkildə dəstəkləyib və onun mümkün qədər tez razılığa gəlməsiniistəyir. Lakin son qərar futbolçunun özündən asılıdır.

25 yaşlı oyunçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərqüvvədədir.

Qeyd edək ki,bu mövsüm Vinísius Junior “Real”ın heyətində bütünturnirlərdə 43 oyunda 17 qol və 13 assist edib.

Chosen
18
1
az.trend.az

3Sources