EN

Xviça Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı təyin edilib

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Gürcüstan milli komandasının yeni kapitanı təyin edilib.

İdman.Biz bildirir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytında məlumat verilib.

O, milli komandanın kapitan sarğısını ilk dəfə 2026-cı ilin ilk oyununda, İsrailə qarşı matçda taxacaq. Oyun 26 mart cümə axşamı günü keçiriləcək.

Gürcüstan hazırkı beynəlxalq fasilədə iki oyun keçirəcək. İsraildən əlavə, komanda Litva ilə də qarşılaşacaq. İkinci oyun 29 mart bazar günü keçiriləcək.

Xviça Kvaratsxeliya milli komandada 47 oyun keçirib. 25 yaşlı cinah oyunçusu 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

İdman.Biz
Chosen
71
3
idman.biz

6Sources