EN

Messi növbəti dəfə tarix yazdı, Peleni geridə qoydu

“İnter Mayami”nin hücumçusu Lionel Messi növbəti dəfə tarix yazıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu cərimə zərbəsindən vurduğu qol sayını 71-ə çatdıraraq karyerasında mühüm göstəriciyə imza atıb.

Beləliklə, Messi bu göstəricidə əfsanəvi Peleni geridə qoyub. Buna qədər hər iki futbolçunun hesabında cərimə zərbələrindən 70 qol var idi, ancaq son qol sayəsində Messi irəli çıxmağı bacarıb.

37 yaşlı futbolçu hazırda cərimə zərbələrindən ən çox qol vuran oyunçular siyahısında yalnız üç braziliyalıdan geri qalır.

Bununla belə, Messi üçün Pele ilə müqayisədə əlçatmaz görünən bir rekord da var. Söhbət dünya çempionatlarından gedir.

Pele karyerası ərzində üç dəfə dünya çempionu olub, Messi isə bu göstəricidə ona çatmaq üçün daha iki dəfə mundial qazanmalıdır ki, bu da real görünmür.

Chosen
53
sportinfo.az

1Sources