EN

Fransalı nazir vəziyyəti yeni neft şoku kimi xarakterizə edib

Bakı, 25 mart, AZƏRTAC

“Yaxın Şərqdəki mövcud vəziyyət yeni neft şokudur. Müvəqqəti böhran hipotezi artıq aktual deyil”.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, bu bəyanatla Fransanın iqtisadiyyat naziri Roland Leskur Milli Assambleyada (Parlamentin aşağı palatası – red.) çıxış edib.

AZƏRTAC-0-

“Böhran başlayandan bazara 20 faiz xam neft və bir o qədər maye qaz daha az daxil olur. Bu da qlobal iqtisadiyyat üçün gündə azı 11 milyon barel neft deməkdir. Hazırkı vəziyyət yeni neft şokudur. Bu şok daha bir neçə həftə davam edərsə, böhran bütün iqtisadiyyata təsir edə və sistemli hal ala bilər” – deyə nazir xəbərdarlıq edib.

 

Chosen
41
4
azertag.az

5Sources