EN

“Tək səbir”ə görə çempionat matçı həmin saata salınmırdı”

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aktyor Elməddin Cəfərov “Tək səbir” layihəsinin uğurundan danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində çıxışı zamanı layihənin zamanında yüksək reytinq topladığını açıqlayıb:

 “Tək səbir öz zamanında Azərbaycan tarixində ən çox reytinq verən layihə olub, 38.5 reytinq verib. Davamlı 37-38 reytinq verməsi ağla sığmaz rəqəm idi. "Tək səbir" yeganə layihə idi ki, həmin gün hamı baxırdı. Hətta Azərbaycan futbol çempionatının həmin saata oyununu salmırdılar. Dostlar da baxırdı, bunu sonradan bilmişdik. Çox böyük uğur idi”.

Qeyd edək ki, aktyorun bu açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
axsam.az

1Sources