EN

Qazaxda 2 hektarlıq sahə yandı - VİDEO

Qazax rayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Nəticədə 2 hektar sahədə qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Chosen
7
11
cebheinfo.az

10Sources