"Sevilya" klubunun yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Əndəlüs təmsilçisinin "sükanı arxasına" mütəxəssis Luis Qarsiya Plasa gətirilib.
Plasa ilə 2027-ci ilə qədər müqavilə bağlanıb. Məşqçinin əsas vəzifəsi mövsümün qalan hissəsində "Sevilya"nın La Liqada qalmasını təmin etməkdir.
Qeyd edək ki, La Liqa klubu daha əvvəl baş məşqçi Matiyas Almeydanı istefaya göndərmişdi.
Əvvəllər Plasa "əvvəllər "Vilyarreal" və onun ehtiyat komandalarını çalışdırıb, "Levante", "Malyorka" və "Alaves"i La Liqaya aparıb və xaricdə (Çin və Səudiyyə Ərəbistanında) özünü sınayıb.
29 oyundan sonra "Sevilya" 31 xalla on beşinci yerdədir. Düşmə zonası ondan üç xal aşağıdadır.