EN

Fənərbağça da transfer hərəkətliliyi ƏTRAFLI

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyə Superliqasında növbəti mövsümün çempionluq heyətini qurmaq istəyən "Fənərbağça" hücum xətti üçün iki böyük adı gündəminə gətirib.

Fanat.Az "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, "sarı-lacivərtlər" Vedat Muriqi və Darvin Nunyesi heyətinə qatmağa hazırlaşır.

Hazırda İspaniyanın "Malyorka" klubunda çıxış edən 31 yaşlı Muriqi, bu mövsüm keçirdiyi 28 matçda 18 qol vuraraq karyerasının ən məhsuldar dövrünü yaşayır.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən 26 yaşlı uruqvaylı forvard Darvin Nunyesin də İstanbul klubuna keçidi ciddi şəkildə müzakirə olunur. Nunyes cari mövsümdə çıxdığı 24 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Hər iki futbolçunun transferi reallaşarsa, "Fənərbağça"nın hücum potensialı əhəmiyyətli dərəcədə artmış olacaq.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
fanat.az

2Sources