EN

Bayramov Arakçı ilə danışıqda bu məsələni vurğuladı

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Arakçı ilə son telefon danışığında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində rəsmi Bakının gözləntilərini bir daha qarşı tərəfin diqqətinə çatdırıb.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ceyhun Bayramov bundan əvvəlki telefon danışığında da bu məsələyə toxunmuşdu:

“Doğru strategiyadır. İran rəsmiləri əvvəlcə dedilər ki, Naxçıvan ərazisinə dronu onlar atmayıblar, onda onlara söyləndi ki, belə isə məsələni araşdırın. İran tərəfi məsələni araşdıracağını vəd etdi, indi isə bu məsələnin üstündən sakitçə keçməyə çalışır. Buna baxmayaraq, Naxçıvana dron atışı ilə bağlı araşdırma tələbini hər zaman Tehrana xatırlatmağa ehtiyac var. Bu, SEPAH generallarını ölkəmizə qarşı növbəti mümkün təxribatdan çəkindirmək məqsədi daşıyır.

Körfəz ölkələrinin bir qismi, o cümlədən Səudiyyə Ərəbistanı üzləşdiyi raket zərbələri qarşılığında artıq müharibədə ABŞ-a dəstək barədə düşünür. Əlbəttə, bunun riskləri var, ancaq SEPAH qonşu ölkələri hədəf almaqla, həmin dövlətlərə başqa seçim qoymur”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
axar.az

1Sources