EN

Ərdoğan Kasım-Jomart Tokayevlə telefonla danışdı

BAKI, 24 mart. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefonla danışıb.

Teleqraf xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan həmkarını ümumxalq referendumunun uğurla keçirilməsi və Qazaxıstanın yeni Konstitusiyasının qəbul edilməsi münasibətilə təbrik edib

Türkiyə Prezidenti mayın 14-nə planlaşdırılan Qazaxıstana dövlət səfərinə, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına, eləcə də Türk Dövlətləri Təşkilatının qarşıdan gələn qeyri-rəsmi Zirvə görüşünə böyük əhəmiyyət verdiyini qeyd edib.

O qazaxıstanlı həmkarını apreldə Antalyada keçiriləcək Diplomatik Forumun iclasına dəvət edib.

Chosen
39
1
teleqraf.com

2Sources