EN

Sürücülük vəsiqəni təhvil ver, 50 000 al FOTO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropanın ən çox tıxac olan ölkəsi Maltadır. 316 kvadrat kilometr ərazisi, 540 min nəfər əhalisi olan ada dövlətində 445 711 avtomobil qeydiyyatdadır. Başqa sözlə, hər min nəfərə 791 maşın düşür.

Avtosfer.az xəbər verir ki, bu ölkədə 10 kilometr yol qət etmək üçün azı 27 dəqiqə tələb olunur. 

Tıxaclara çarə tapmaq üçün hökumət maraqlı təklif irəli sürüb: sürücülük vəsiqəsini təhvil verən gənclərə 5 il ərzində 25 000 avro (50 000 AZN) ödəniləcək. 

Proqram hər il yaşı 30-dan aşağı olan min nəfər üçün nəzərdə tutulub. Vəsait isə 5 dəfəyə veriləcək.

Beş il müddət tamam olduqdan sonra vəsiqəsini bərpa etmək istəyənlər nəzəri imtahan verməli olacaq. Proqramdan imtina edənlər isə aldıqları məbləği geri qaytarmalıdırlar.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
avtosfer.az

1Sources