EN

İranın Milli Təhlükəsizlik Şurasına yeni katib təyin edilib: Məhəmməd Baqir Zuəlgədr Laricanini əvəzləyib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) keçmiş komandanlarından biri Məhəmməd Baqir Zuəlgədr təyin edilib. O, ötən həftə Tehranda İsrailin hava hücumu nəticəsində öldürülən Əli Laricaninin xələfi olub.

TurkicWorld xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, Zuəlgədr ölkənin təhlükəsizlik və siyasi strukturunda kifayət qədər təcrübəli kadr kimi tanınıb. O, müxtəlif illərdə daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin "Bəsic" işləri üzrə müavini və Məhkəmə Hakimiyyəti rəhbərinin cinayətkarlığın qarşısının alınması üzrə müşaviri vəzifələrində çalışıb.

Zuəlgədr həmçinin radikal siyasi qanad hesab olunan "İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi"nin seçki qərargahına rəhbərlik edib. 2022-ci ildən bəri isə o, parlamentlə Konstitusiyaya Nəzarət Şurası arasındakı ixtilafları həll edən "Məsləhət Şurası"nın katibi vəzifəsini icra edib.

Chosen
28
turkic.world

1Sources